Azərbaycan və Bolqarıstan 2030-cu ilədək Mədəni Əməkdaşlıq Proqramı imzalayacaq
Azərbaycan və Bolqarıstan yaxın vaxtlarda 2025-2029-cu illər üçün Mədəniyyət sahəsində əməkdaşlıq Proqramı imzalayacaq.
“Report” Bolqarıstanın Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazir Marian Baçevin Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynovla görüşündə müzakirə olunub.
"Hesab edirəm ki, Bolqarıstan və Azərbaycanın təkcə energetika və nəqliyyat sahəsində deyil, mədəniyyət, təhsil, elm, informasiya texnologiyaları və innovasiyalar kimi digər vacib sahələrdə də əməkdaşlığı dərinləşdirmək üçün ümumi istəyi var", - M.Baçev qeyd edib və müxtəlif mədəni sahələrdə əlaqələri gücləndirməyi təklif edib.
O, əmin olduğunu bildirib ki, mədəniyyət sahəsində ikitərəfli qarşılıqlı fəaliyyət kontekstində "Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında 2025-2029-cu illərdə mədəniyyət sahəsində əməkdaşlıq Proqramı"nın imzalanması ölkələr arasında əməkdaşlığın intensivləşdirilməsi istiqamətində daha bir mühüm və müsbət addım olacaq.
"Mədəniyyət Nazirliyi Azərbaycanla həm də qarşılıqlı mədəniyyət həftələrinin təşkili yolu ilə əməkdaşlığın genişləndirilməsi üçün fəal işi davam etdirəcək", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
"Azdrama" Belarus Milli Akademik Teatrı ilə memorandum imzalayıb
Nazir: Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir
Nazir: Azərbaycandan birbaşa investisiyaların həcminin artırılması Bolqarıstan üçün prioritetdir
Azərbaycan-Yəmən mədəni əlaqələri müzakirə olunub
Nazir müavini: Yunanıstanla yüksək səviyyəli siyasi dialoqu müsbət qiymətləndiririk
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












