Azərbaycanda qədim yaşayış məskənlərindən aşkar olunan eksponatların sərgisi olacaq
Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərindən aşkar edilən eksponatlardan ibarət sərgidə təşkil ediləcək.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 14-16 mart tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfrans mədəni irsin ən qədim nümunələrinin qorunması, təbliği, tədqiqi və tanıdılması üçün yeni ideyaların və həll yollarının müzakirəsi məqsədi daşıyır. Eyni zamanda tədbir vasitəsilə beynəlxalq və regional əməkdaşlığı gücləndirmək, mədəni irsin qorunması üçün yeni strategiyalar hazırlamaq və onların tətbiqinə dair mexanizmlər yaratmaq məqsədilə mühüm addımların atılması hədəflənir.
Tədbirdə bir sıra ölkələrdən elm adamları, tədqiqatçılar, ekspertlər, eləcə də qeyri-hökumət təşkilatları və media nümayəndələri bir araya gələcək.
Konfransda “Qədim insan məskənləri: mədəni irs bəşəriyyətinin beşiyi kimi”, “Dəyişən iqlim və silahlı münaqişə şəraitində qədim insan məskənləri”, “Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi” mövzuları üzrə panel iclaslar təşkil olunacaq.
Tədbir çərçivəsində mövcud beynəlxalq mexanizmlər və milli səylər nəzərdən keçiriləcək, ən yaxşı təcrübələr və təkmilləşdirilməli sahələr müəyyən ediləcək.
Konfrans çərçivəsində Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərindən aşkar olunan eksponatlardan ibarət sərgidə təşkil ediləcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Şuşa və Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəlikləri və Azərbaycan Milli Elmlər Akademiyası konfransın tərəfdaşı qismində çıxış edirlər.
Oxşar xəbərlər
UNESCO Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində bir sıra görüşlər keçirilib
ISESCO Şuşa irsinin qiymətləndirilməsi işlərinə başlayıb
ISESCO Şuşa irsinin qiymətləndirməsi işlərinə başlayıb
“Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” faylın UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
COP29 çərçivəsində xarici media nümayəndələri Qobustan Palçıq Vulkanları ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












