Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
sizinxeber.az xəbər saytı

Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb


Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərhumla əvvəlcə saat 10:30-də Təzə Pir məscidində vida mərasimi olacaq.

Ardınca cənazə dəfn edilmək üçün Qurd qapısı qəpiristanlığına aparılacaq.

Qeyd edək ki, görkəmli balet ustası, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva 12 mart 2025-ci il tarixində, ömrünün 79-cu ilində vəfat edib.

Tamilla Xudadat qızı Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Tamilla Şirəliyeva Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykovski), Kitri, Paxita ("Paxita", L.Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyaları böyük məharətlə ifa edib.

Sənətkar eyni zamanda Tofiq Bakıxanovun “Xeyir və Şər”, “Xəzər balladası”, Aqşin Əlizadənin “Qafqaza səyahət” baletlərinə və Niyazinin “Rast” muğam-baletinə quruluş verib.  

Tamilla Şirəliyeva 1977-ci ildən eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1970-ci ildə “Əməkdar artist”, 1978-ci ildə “Xalq artisti” fəxri adları ilə təltif olunub. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2006-cı ildə isə "Şöhrət" ordeninə layiq görülüb.

Oxşar xəbərlər

Balet ustası Tamilla Şirəliyeva vəfat edib
Xalq artisti Şahlar Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq - YENİLƏNİB
Xalq artisti Şahlar Quliyev dəfn olunub - FOTO
Xalq artisti Ramiz Məlikin dəfn olunacağı yer açıqlandı
Xalq artisti Şahlar Quliyevlə vida mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər