Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq "Həmdan-İSESKO" mükafatına layiq görülüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
fev
2025
18:30
0
0
1 285

Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq "Həmdan-İSESKO" mükafatına layiq görülüb

08 fev, 2025
18:30
1 285

Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq "Həmdan-İSESKO" mükafatına layiq görülüb

Təhsil və sosial müdafiə sahəsində irimiqyaslı layihələri ilə tanınan Heydər Əliyev Fondu, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) və Həmdan bin Rəşid Al Məktum Fondunun 4-cü birgə "Həmdan-İSESKO" mükafatının qalibləri sırasına daxil olub.

"Sizinxeber.az" xəbər verir ki, mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə görə töhfələrə görə təqdim edilir.

Bu il yeddi ölkədən doqquz təhsil təşəbbüsü birincilk uğrunda mübarizə aparıb.

Heydər Əliyev Fondu təkcə İslam dövlətlərində deyil, müsəlman dünyasından kənarda da məktəblərin tikintisi və bərpasını həyata keçirən "Təhsil və sosial müdafiə layihəsi"nə görə mükafata layiq görülüb.

"Həmdan-İSESKO" mükafatının digər qalibləri arasında Yəmənin "Hədrəmaut" Fondu və Mərakeş İbtidai Təhsil Fondu var.

Qaliblərin mükafatlandırılması yaxın vaxtlarda rəsmi mərasimdə baş tutacaq və burada onların İslam dünyasında təhsilin dəstəklənməsi və təşviqi sahəsindəki nailiyyətləri qeyd olunacaq.

Bizimlə əlaqə saxlayın