İSESKO və TDT rəhbərləri Bakıda əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər
Bakıda İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev arasında görüş keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, görüş COP29 konfransının keçirildiyi Bakı Olimpiya Stadionundakı İSESKO pavilyonunda baş tutub.
Tərəflər təşkilatlar arasında tərəfdaşlığın daha da gücləndirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran müxtəlif məsələləri müzakirə ediblər.
Əl-Malik İSESKO-nun TDT ilə tərəfdaşlıq çərçivəsində təşəbbüslər, proqramlar və layihələr hazırlamağa sadiq olduğunu vurğulayıb. İSESKO rəhbərinin sözlərinə görə, bu əməkdaşlıq onun yanvar ayında TDT-nin İstanbuldakı mənzil-qərargahına səfəri zamanı təşkilatlar arasında imzalanması planlaşdırılan sazişlə rəsmiləşdiriləcək.
Öz növbəsində, K.Ömüralıyev İSESKO-nun ətraf mühitin qorunması və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması sahəsində TDT ölkələrinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. O, rəhbərlik etdiyi təşkilatın İSESKO ilə əməkdaşlığın gücləndirilməsinə sadiq olduğunu təsdiqləyib.
Oxşar xəbərlər
Azərbaycanın ISESKO yanında Daimi nümayəndəsi təşkilatın Baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT baş katibi Qırğızıstanın baş prokuroru ilə üzv ölkələr arasında əməkdaşlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT ölkələri kosmosda əməkdaşlıq edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT-nin Baş katibi: Bakıda keçiriləcək COP29 sammiti perspektivli imkanlar təqdim edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ISESCO Bakıda keçiriləcək COP29-un işində fəal iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













