Tbilisidə “Lənkəran xanının vəziri” əsəri səhnələşdirilir
Tbilisidə yerləşən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəbbüsü və Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsəri səhnələşdirilir.
Bu barədə “Sizinxeber.az”un yerli bürosuna Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin direktor müavini Leyla Əliyeva məlumat verib.
Onun sözlərinə görə, əsər tanınmış gürcü yazıçı və tərcüməçi Akaki Tsereteli tərəfindən 1870-ci ildə gürcü dilinə tərcümə olunub.
L.Əliyeva bildirib ki, tamaşanın yenidən səhnə həyatı qazanmasında əsas məqsəd Azərbaycan mədəniyyətini Gürcüstanda təbliğ etmək və iki xalq arasında mədəni əlaqələrin daha da inkişafına töhfə verməkdir:
"Tamaşa Gürcüstanın nüfuzlu teatr səhnələrinin birində peşəkar aktyorların iştirakı ilə hazırlanacaq. Hazırda bu istiqamətdə işlər davam etdirilir".
Oxşar xəbərlər
Tbilisidə “Gürcüstan-Azərbaycan Gənclərinin “Networking” Forumu keçirilib
David Çikelidze: Qərb ölkələri hakim “Gürcü Arzusu” partiyasını nüfuzdan salmağa çalışır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Son tura start verilir
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
