Ankarada “Azərbaycan gecəsi” adlı konsert təşkil olunub
Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Ankarada “Azərbaycan gecəsi” adlı konsert proqramı təşkil olunub.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Ankarada Gənclik Parkının Mədəniyyət Mərkəzində baş tutan mərasimdə diplomatlar, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri, mədəniyyət və ictimaiyyət xadimləri, orada yaşayan azərbaycanlılar iştirak ediblər.
Mərkəzin direktoru Samir Abbasov iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb, Türkiyə və Azərbaycan xalqlarının bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində tarixi yaxınlığına diqqət çəkib.
S.Abbasov ilk dəfə olaraq Antalya, İzmir, Marmaris və İstanbulda Azərbaycanın yaradıcı kollektivlərinin və incəsənət xadimlərinin iştirakı ilə Azərbaycan İncəsənəti Günü tədbirlərinin keçirildiyini söyləyib.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Serkan Erkmen son illərdə Türkiyə və Azərbaycanın 13 ortaq mədəni irs obyektinin UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına təqdim edildiyini bildirib.
Tədbirdə Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblına yeni ad - "Zəngəzur" adı verilib.
Konsert proqramı bədii hissə ilə davam edib.
Oxşar xəbərlər
Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri təşkil ediləcək
Azərbaycan Ankarada keçirilən kitab sərgisində qonaq ölkə kimi iştirak edir
Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir
İzmirdə “Azərbaycan Mədəniyyət və İncəsənət Günü”nün rəsmi açılışı olub
Azərbaycan İstanbulda keçiriləcək kitab sərgisində fəxri qonaq qismində iştirak edəcək - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
