Səudiyyəli nümayəndə: Şuşanın OIC Gənclər Paytaxtı seçilməsi əlamətdar hadisə kimi yadda qalacaq
Şuşanın 2024-cü il üçün OIC Gənclər Paytaxtı seçilməsi, həm Azərbaycanın, həm də İslam dünyasının mədəni irsinin təbliği və gənclərin bir araya gəlməsi üçün əlamətdar hadisə kimi yadda qalacaq.
"Sizinxeber.az"un Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Səudiyyə Ərəbistanının İdman Nazirliyinin Beynəlxalq Tərəfdaşlıq Direktoru Mazen Alsaadi jurnalistlərə açıqlamasında deyib.
O, Şuşanın İslam Əməkdaşlıq Təşkilatı (OIC) tərəfindən 2024-cü il Gənclər Paytaxtı elan edilməsini yüksək qiymətləndirib.
“Əvvəlcə Azərbaycanın Gənclər və İdman Nazirliyinin bu möhtəşəm tədbiri təşkil etmək üçün göstərdiyi böyük səylərə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Şuşanın OIC Gənclər Paytaxtı olaraq seçilməsi Prezident İlham Əliyevin liderliyi altında həyata keçirilən uzaqgörən siyasətin və mədəni irsin qorunmasının bariz nümunəsidir. Şuşanın gözəlliyi və zəngin mədəni irsi məni dərindən heyran etdi,” - M.Alsaadi qeyd edib.
M.Alsaadi bu cür tədbirlərin müxtəlif ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində və mədəniyyətlərin qarşılıqlı zənginləşməsində böyük rol oynadığını vurğulayıb.
O, gələcəkdə də Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini bildirib.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı nümayəndəsi: Şuşanın gözəlliyi və zəngin mədəni irsi məni heyran etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şöbə müdiri: Şuşa tədbirinin məqsədi gənclərin İslam dünyasına mesaj ötürə bilməsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aydın Kərimov: “Azad edilmiş ərazilərdə bugünədək 16 abidə bərpa olunub” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyevdən Şuşa ilə bağlı sərəncam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












