Azərbaycanla Xorvatiya arasında mədəni irsin bərpası ilə bağlı vörkşopların təşkili müzakirə olunub
Xorvatiyanın Zaqreb şəhərində səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiyanın mədəniyyət və media naziri Nina Obuljen Korzinek arasında rəsmi görüş keçirilib.
Bu barədə "Report"a Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib.
Görüşdə ikitərəfli mədəni əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Nazir çıxışında Xorvatiya ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq Azərbaycan nümayəndə heyətinin Xorvatiyaya səfərinin iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına təkan verəcəyinə əminliyini bildirib.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli səmimi qəbula görə təşəkkür edərək bildirib ki, ölkə rəhbərləri səviyyəsində formalaşmış səmimi dostluq münasibətləri mədəni əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Tərəflər bildiriblər ki, səfərin əsas məqsədi 2024-cü il martın 13-də Bakı şəhərində keçirilmiş Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın üçüncü iclasında əldə olunmuş razılaşmaların icrasına töhfə verməkdir.
Görüşdə mədəniyyət və yaradıcı sənayelər (MYS), kino və musiqi sahələri, o cümlədən mədəni irsin qorunması və bərpası ilə bağlı təlimlərin, vörkşopların təşkili, müvafiq sahələrdə ekspert və institutlar arasında əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Hər iki tərəf mövcud potensialdan maksimum istifadə olunmasının vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanın mədəniyyət naziri Xorvatiyada səfərdədir
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
Romada Azərbaycan-İtaliya mədəni əməkdaşlığı müzakirə olunub - FOTO
Azərbaycan-Yəmən mədəni əlaqələri müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
