Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradılıb
sizinxeber.az xəbər saytı

Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradılıb


Dövlət Mahnı Teatrında dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun (1915-1989) anım günü münasibətilə sənətkarın xatirə otağının açılışı olub.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bldirilib ki, tədbirdə rəsmilər, tanınmış mədəniyyət və elm xadimləri, müğənninin ailə üzvləri iştirak ediblər.

Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev, Əməkdar incəsənət xadimləri – bəstəkar Aydın Əzimov və şair Baba Vəziroğlu çıxış edərək müğənninin Azərbaycanın musiqi mədəniyyəti tarixindəki böyük rolundan söz açıblar. Rəşid Behbudovun yaratdığı və adını daşıyan teatrda Xatirə otağının yaradılması təqdirəlayiq addım kimi dəyərləndirilib.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Mahnı Teatrının musiqi kollektivi, eləcə də tanınmış müğənnilərin ifasında unudulmaz sənətkarın repertuarından nəğmələr səsləndirilib.

Oxşar xəbərlər

Maestro Niyazinin məzarı ziyarət edilib
“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti olub
Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər