Gürcüstan “Basqalı” və "Bu qala, daşlı qala"nın müəlliflik hüquqlarının pozulması ilə bağlı məsələyə aydınlıq gətirib
Ötən il oktybarın 21-də Azərbaycanın Respublikasının Əqli Mülkiyyət Agentliyi (COPAT) Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi "SAKPATENTİ"nin rəhbərliyinə məktub göndərib.
Bu barədə APA-ya COPAT-dan xəbər verilib.
Qeyd edilib ki, Məktubda Gürcüstanın 1TV.CE, “İMEDİ” və “Rustavi” telekanallarında Azərbaycana məxsus olan “Basqalı” rəqsinin “Somxuri şalaxo” - erməni şalaxosu” kimi təqdim edilməsinin və “Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi və bir daha belə halların təkrarlanmaması üçün məsələnin daim nəzarətdə saxlanılması xahiş edilib.
Həmçinin bildiririlib ki, hüquq pozuntularını təsdiq edən müvafiq materiallar da “SAKPATENTİ”-yə təqdim edilib. Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin – "SAKPATENTİ" bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə cavab məktubu ünvanlayıb və Gürcüstanda yayımlanan televiziya kanallarında musiqi əsərlərinin hüquqlarının pozulması ilə bağlı qeyd edilən məsələyə aydınlıq gətirmək niyyətində olduğunu bildirib.
Məktubda qeyd olunur ki, "SAKPATENTİ" Gürcüstanda əqli mülkiyyət hüquqlarının qorunmasını təmin edən müstəqil qurum olaraq, beynəlxalq müqavilələr və sazişlər çərçivəsində fəaliyyətini davam etdirir. Bu məqsədlə Azərbaycan və Gürcüstan arasında 2009-cu ildə imzalanmış əməkdaşlıq sazişi və 2017-ci ildə imzalanmış Memorandum əsasında qarşılıqlı faydalı əməkdaşlıq fəaliyyətlərinə dair təkliflər irəli sürülmüşdür.
"SAKPATENTİ" hüquq pozuntuları ilə bağlı daha ətraflı hüquqi məlumat və vasitələr təqdim etməklə yanaşı, bu cür pozuntuların qarşısının alınması və hüquqların bərpası üçün müvafiq tədbirlərin görülməsi məqsədilə müvafiq televiziya kanallarına müraciət edib, məsələyə dair hərtərəfli araşdırma və müvafiq cavab məktubu gözləyir. Əlavə olaraq, bu məsələyə dair məhkəmə və hüquqi mexanizmlərin də daha geniş şəkildə tətbiq olunacağı xüsusi vurğulanıb.
"SAKPATENTİ" rəhbərliyi bildirib ki, bu məsələyə dair təhlil və cavabları diqqətlə izləyəcək, hüquqi mübahisələrin həlli üçün lazımi tədbirləri görməyə davam edəcəkdir.
Məktubda, həmçinin Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi arasında əməkdaşlıq münasibətlərini möhkəmləndirmək və müvafiq hüquqi məsələləri müzakirə etmək məqsədilə yeni addımların atılmalı olduğu qeyd olunub.
Oxşar xəbərlər
Gürcüstan TV-ləri "Basqalı" rəqsini “erməni şalaxosu” kimi təqdim edib, qarşı tərəfə məktub göndərilib
Azərbaycan “Basqalı” rəqsi və "Bu qala, daşlı qala" xalq mahnısının “erməni şalaxosu” kimi təqdim edilməsinə etiraz edib
Azərbaycan “Basqalı” rəqsinin gürcü kanalında “erməni şalaxosu” kimi təqdimatına etiraz edib
Agentlik sədri: Gürcüstan TV-lərində “Basqalı” rəqsinin “erməni şalaxosu” kimi təqdim edilməsi ilə bağlı etiraza cavab gözləyirik
Gürcüstan telekanallarına “Basqalı” rəqsinin və “Bu qala, daşlı qala” mahnısının müəlliflik hüququnun pozulması ilə bağlı müraciət edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












