Agentlik sədri: Gürcüstan TV-lərində “Basqalı” rəqsinin “erməni şalaxosu” kimi təqdim edilməsi ilə bağlı etiraza cavab gözləyirik
Əqli Mülkiyyət Agentliyi Gürcüstanın "1TV.CE", “İMEDİ” və “Rustavi” telekanallarında Azərbaycana məxsus “Basqalı” rəqsinin “Somxuri şalaxo - erməni şalaxosu” kimi təqdim edilməsi, eləcə də “Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsi ilə bağlı göndərilən etiraz məktubuna cavab gözləyir.
Bunu "Report"un əməkdaşının sualına cavab olaraq Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ermənilər tərəfindən müəllif hüquqlarının oğurlanması faktları ilə bağlı Əqli Mülkiyyət Agentliyi araşdırmalar aparır və ona reaksiya verir:
"Bütün plagiat materiallar istər tarixi, istərsə də etimoloji və ya hüquqi cəhətdən ifşa edilir. Gürcüstan bizə dost ölkədir. İndi seçkilərə görə gürcülərin başı bir az qarışıb. Bizə verəcəkləri cavab və təklifləri gözləyirik".
Oxşar xəbərlər
Azərbaycan “Basqalı” rəqsi və "Bu qala, daşlı qala" xalq mahnısının “erməni şalaxosu” kimi təqdim edilməsinə etiraz edib
Azərbaycan “Basqalı” rəqsinin gürcü kanalında “erməni şalaxosu” kimi təqdimatına etiraz edib
Gürcüstan TV-ləri "Basqalı" rəqsini “erməni şalaxosu” kimi təqdim edib, qarşı tərəfə məktub göndərilib
"Yarımgilə" mahnısının erməni ifaçı tərəfindən mənimsənilməsi aradan qaldırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
