Gəncə Dövlət Filarmoniyasında “Qadınım” tamaşası nümayiş olunub - FOTO
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının ifasında türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan “Qadınım” tamaşası nümayiş etdirilib.
APA xəbər verir ki, türk retro musiqilərinin canlı ifa olunduğu tamaşanın süjet xəttində sevgi və ehtiras dolu iki aşiqdən bəhs olunur.
Tamaşada Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak ediblər.
“Qadınım” tamaşasının quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur.
Tamaşa Gəncə sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.
Oxşar xəbərlər
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək
Gəncə Dövlət Filarmoniyasinda "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunub - FOTO
Heydər Əliyev Sarayında COP29 çərçivəsində “Oyanış” tamaşası nümayiş etdirilib
"Nizami" operası Gəncədə nümayiş edilib - FOTO
Heydər Əliyev Sarayında COP29 çərçivəsində “Oyanış” tamaşası nümayiş etdirilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













