Xalq artisti Şüküfə Yusupovanın oynadığı monotamaşanın Musiqili Teatrda premyerası olacaq - VİDEO
sizinxeber.az xəbər saytı

Xalq artisti Şüküfə Yusupovanın oynadığı monotamaşanın Musiqili Teatrda premyerası olacaq - VİDEO


Dekabrın 18-i Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Ülviyyə Heydərovanın "İnanıram" monopyesi rejissor Leonid Kletsin quruluşunda təqdim olunacaq.

APA xəbər verir ki, “Şöhrət” ordenli Xalq artisti Şüküfə Yusupovanın rol aldığı psixoloji dramda oğlunu müharibədə itirmiş tənha ananın obrazı canlandırılır.

Dünyanın ümumbəşəri problemi olan müharibə və onun bir qadının taleyinə sarsıdıcı təsirinin obrazlı şəkildə təsvir olunduğu tamaşada həm də xatirələrə sığınan ananın vətən sevgisi, övlad məhəbbəti xüsusi həssaslıqla diqqətə çatdırılır.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmməmdov, videoqrafı Murad Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Premyera üçün biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.

Oxşar xəbərlər

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"İblis və..." tamaşasının premyerası Sankt-Peterburqda olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Cəhənnəm sakinləri" tamaşası Şəkidə nümayiş olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gənc Tamaşaçılar Teatrında "Mən Feyerbaxam" adlı monotamaşanın premyerası olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Əliyeva, İordaniya şahzadəsi və ICCROM-un baş direktoru "Manqurt" tamaşasını izləyiblər - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər