Leyla Əliyeva, İordaniya şahzadəsi və ICCROM-un baş direktoru "Manqurt" tamaşasını izləyiblər - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, COP29 çərçivəsində ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti Dana Firas və ICCROM-un baş direktoru Aruna Francesca noyabrın 17-də Azərbaycan Dövlət Pantomima Teatrında "Manqurt" tamaşasını izləyiblər.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin motivləri əsasında hazırlanan səhnə əsərinin quruluş müəllifi Ceyhun Dadaşov, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Elman Rəfiyev, plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir. Tamaşada teatrın bütün aktyor heyəti çıxış edir.
Uzun illərdir teatrın repertuarda olan tamaşa bu mövsümdə sənətsevərlərə yeni üslubda təqdim edilir.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Oxşar xəbərlər
"Cəhənnəm sakinləri" tamaşası Şəkidə nümayiş olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"İblis və..." tamaşasının premyerası Sankt-Peterburqda olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gənc Tamaşaçılar Teatrında "Mən Feyerbaxam" adlı monotamaşanın premyerası olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində "Şinel" tamaşası nümayiş ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












