İmadəddin Nəsiminin 655 illiyinə həsr olunmuş "Haqq məndədir" adlı bədii-musiqili gecə keçirilib
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Urbanda görüşərik" layihəsi çərçivəsində Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 655 illiyinə həsr olunmuş "Haqq məndədir" adlı bədii-musiqili gecə keçirilib.
APA xəbər verir ki, gecədə AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d. Əlimuxtar Muxtarov, Gəncə Maarif Evinin direktoru İmamverdi Vəliyev, Gəncə Dövlət Universitetinin müəllimi Bəxtiyar Məhərrəmov, Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Həsən Fəttan, Gəncə Dövət Tarix Diyarşünaslıq Muzeyinin baş mühafizi Fidan Böyükbabalı, Samux rayonu Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllimi Fuad Ramazanov iştirak ediblər.
Bədii-musiqili gecədə "İmadəddin Nəsiminin həyat və yaradıcılığına dövlət qayğısı", "Nəsimi obrazı Azərbaycan incəsənətində" adlı məruzələr,
“Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır”, “Dilbəra, mən səndən ayrı təndə canı neylərəm", “Mərhəba, xoş gəldin, ey ruhi rəvanım”, “Minnət eyləməm”, “Fəzlinə bel bağladım”, “Ey xəstə könül, dərdinə dərman tələb eylə” qəzəlləri səsləndirilib.
Oxşar xəbərlər
Gəncədə "Nizami klassik musiqidə" adlı gecə təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Dövlət Filarmoniyasının solistləri Naxçıvanda çıxış ediblər - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Dövlət Filarmoniyasında Ramiz Mirişlinin 90 illik yubileyi qeyd olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə "Musiqi kimliyimiz" layihəsi Aşıq Molla Cüməyə həsr olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Dövlət Filarmoniyasında Mobil Əhmədova həsr olunmuş konsert keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












