Nazir: Qısa zamanda mədəniyyət müəssisələrindəki vakant yerlərə mərhələli şəkildə təyinatlar olacaq
“Mədəniyyət müəssisələrindəki vakant yerlərə təyinatların olması bizim üçün vacib məsələlərdən biridir”.
Bu sözləri APA-ya açıqlamasında mədəniyyət naziri Adil Kərimli bildirib.
“Mədəniyyət Nazirliyinin bütün komandası çalışır ki, icrası xüsusi peşəkarlıq tələb edən və bizim üçün həssas hesab olunan vəzifələrə qısa zamanda təyinatlar olunsun. Bu cür strateji mədəniyyət müəssisələrində direktor, baş rejissor kimi əhəmiyyət kəsb edən vəzifələrə xüsusi bilikləri, təcrübəsi, dünyagörüşü olan, müasir yanaşmalar ifadə edə bilən şəxslərin cəlb edilməsi istiqamətində xüsusi işlər aparılır. Bilirsiniz ki, son bir il ərzində Mədəniyyət Nazirliyinin daxilində kadr fondu formalaşdırmışıq. Eyni zamanda, dəyərli mütəxəssislərimiz mövcuddur. Yəqin ki, onların arasından seçim aparılacaq və qısa zamanda mədəniyyət müəssisələrindəki vakant yerlərə mərhələli şəkildə təyinatlar olacaq”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
COP Sədrlikləri Üçlüyünün mədəniyyət nazirləri Sankt-Peterburqda görüşüb
Mədəniyyət Nazirliyi gənclər üçün təcrübə proqramı elan edib
Adil Kərimli: Digər tanınmış şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində layihələrimiz var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
