Filarmoniyada Niyazinin xatirəsinə həsr olunmuş konsert keçirilib
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı”nda dünyaşöhrətli Azərbaycan bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Niyazinin xatirəsinə həsr olunan konsert keçirilib.
Mədəniyyət Nazirliyindən "Report"a verilən xəbərə görə, tədbiri mədəniyyət nazirinin müavini Murad Hüseynov və nazirlik rəsmiləri ilə yanaşı, mədəni-ictimai xadimlər və digər qonaqlar izləyiblər.
Əvvəlcə sənətşünas Leyla Quliyeva səhnəyə çıxaraq Niyazinin həyat və sənət yolundan söz açıb, onun musiqi mədəniyyətinin inkişafına verdiyi mühüm töhfələrdən danışıb.
Sonra konsert proqramı təqdim olunub. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova, solistlər Mirələm Mirələmov, Selcan Fermor Hesketh və Güllü Muradova çıxış ediblər.
Proqramda Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və Asəf Zeynallının əsərləri səsləndirilib.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Oxşar xəbərlər
Filarmoniyada Maestro Niyazinin doğum günü qeyd olunub
Filarmoniyada Maestro Niyazinin doğum günü qeyd olunub - FOTO
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
Muzeyin direktoru: Azərbaycan dirijorluq məktəbinin inkişafı Maestro Niyazinin adı ilə bağlıdır
Filarmoniyada Zəfər Gününə həsr olunan konsert keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
Venesuelada güclü zəlzələ olub
