Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edib
Mədəniyyət naziri Adil Kərimli martın 14-də Hacıqabul rayonunda vətəndaşları qəbul edib.
Bu barədə "Report"a nazirlikdən bildirilib.
Qəbuldan əvvəl nazir və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Ümummilli Lider Heydər Əliyevin Hacıqabul şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar. Müraciətlər, əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.
Oxşar xəbərlər
Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib
Adil Kərimli Lerikdə vətəndaşları qəbul edib
Mədəniyyət naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
Mədəniyyət naziri Kürdəmirdə vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
