Adil Kərimli Lerikdə vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Adil Kərimli Lerikdə vətəndaşları qəbul edib


Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 11-də Lerik şəhərində vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat veirlib.

Bildirilib ki, rayon Mədəniyyət Mərkəzində keçirilən və nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri, əsasən, əməyin qiymətləndirilməsi, məşğulluq, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Nazir şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Oxşar xəbərlər

Mədəniyyət naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib
Mədəniyyət naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər