Namiq Bakinski qətlə yetirilib? » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
may
2026
10:23
0
0
7 815
ff aaaaaaa

Namiq Bakinski qətlə yetirilib?

07 may, 2026
10:23
7 815

Namiq Bakinski qətlə yetirilib?

Xarici media resursu olan Prime Crime tərəfindən yayılan və kriminal aləmdə “Namiq Bakinski” kimi tanınan şəxsin öldürüldüyü barədə iddialar geniş müzakirələrə səbəb olmuşdu.

Məlumatda bildirilirdi ki, “Namiq Bakinski” mərhum kriminal avtoritet Nadir Səlifovin doğma qardaşıdır və onun qətlə yetirildiyi iddia olunurdu.

Lakin sonradan yayılan məlumatların təsdiqini tapmadığı bildirilib. Hazırda xəbərin yalan olduğu və ölüm iddiasının həqiqəti əks etdirmədiyi qeyd olunur.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməyib. Sosial şəbəkələrdə yayılan məlumatların isə dəqiq mənbəyə əsaslanmadığı vurğulanır.

Qeyd edək ki, kriminal aləmlə bağlı yayılan xəbərlər bəzi hallarda təsdiqlənmədən tirajlandığı üçün belə məlumatlara ehtiyatla yanaşmaq tövsiyə olunur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul