Vüsal Hüseynov: Azərbaycan gələcək COP tədbirlərində istinad nöqtəsi kimi göstəriləcək
sizinxeber.az xəbər saytı

Vüsal Hüseynov: Azərbaycan gələcək COP tədbirlərində istinad nöqtəsi kimi göstəriləcək


COP29-da iqlim dəyişikliyi, insan yerdəyişməsi və miqrasiyaya geniş yer verilməsi növbəti COP-larda bu istiqamətdə addımların daha da genişlənəcəyinə və istinad nöqtəsi kimi Azərbaycanın göstəriləcəyinə zəmin yaradır.

“Sizinxeber.az” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın insan yerdəyişməsi mövzusuna bu qədər diqqət göstərməsi ölkənin bu məsələlərə həssas yanaşmasının nəticəsidir:

“COP29 artıq ikinci həftədir Azərbaycanda davam edir. Bu gün yüksək səviyyəli müzakirə paneli təşkil olunub. Müzakirənin mövzusu iqlim dəyişikliyinin insan yerdəyişməsi üçün yaratdığı çağırışlar, problemlər idi. COP29 tədbirindən əvvəl BMT Baş Assambleyası çərçivəsində də Nyu-York şəhərində yüksək səviyyəli tədbirlər keçirilib. Hazırda isə ən üst səviyyəli olan tədbir COP29-da keçirilir. Azərbaycanın insan yerdəyişməsi mövzusunda bu qədər diqqət göstərməsi ölkənin bu məsələlərə həssas yanaşmasının nəticəsidir”.

Xidmət rəisi bildirib ki, su ehtiyatlarından səmərəli istifadə sahəsində müvafiq sərəncamlar, fəaliyyət planları imzalanıb və tətbiq edilir:

“İqlim dəyişikliyi dünyanın hər bir nöqtəsinə təsir edir. Əlbəttə ki, Azərbaycan da dünyanın bir hissəsi olaraq bu təsirlərdən yan keçmir. Bizim bugünkü tədbirin mövzusu daha çox iqlim dəyişmələri və məcburi insan yerdəyişmələridir. Təbii fəlakətlər, su ehtiyatlarının azalması da insan yerdəyişmələrinə təsir edir. Bu mövzu Azərbaycan siyasətinin prioritet istiqamətlərindən biridir".

Oxşar xəbərlər

Bakıda "İqlim dəyişikliyi kontekstində insan yerdəyişməsi" mövzusunda panel müzakirəsi olacaq
IOM-in baş direktoru: Azərbaycanın COP29-a sədirliyini səbirsizliklə gözləyirik
COP29 çərçivəsində İqlim Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə tədbir keçirilir
Bakıda “İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik Orta Bizneslər” adlı tədbir keçirilib
COP29 çərçivəsində İqlim Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə tədbir keçirilir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər