Fatih Terim: “COP29-un Azərbaycanda keçirilməsi qürurvericidir”
COP29-un Azərbaycanda keçirilməsi qürurvericidir
“Report” xəbər verir ki, bunu türkiyəli futbol mütəxəssisi, “Qalatasaray” Futbol Klubunun və Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim “Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar ilə təşkil olunmuş görüşdə deyib.
“Bakıda olmaqdan duyduğum məmnuniyyəti ifadə etməklə başlamaq istəyirəm. COP29-un Azərbaycanda keçirilməsi və dünyanın ən böyük təşkilatlarından birinə Bakının ev sahibliyi etməsi, həqiqətən, mənim üçün və hər kəs üçün qürurvericidir. Görürəm ki, şəhərin hər tərəfində bu tədbiri ən yüksək səviyyədə keçirmək üçün çox gözəl bir ab-hava yaradılıb. Bu uğurda əməyi olan hər kəsi təbrik etmək istəyirəm”.
O, “Qarabağ” Futbol Klubuna xüsusi dəvətləri və ona göstərdikləri isti münasibət üçün təşəkkür edib: “Bu gün “Qarabağ” Futbol Klubunu da ziyarət edərək, həmkarım Qurban Qurbanovu görmək fürsəti qazandım. Onunla çox səmimi bir söhbətimiz oldu, onu çox sevirəm və daim izləyirəm. Bu arada, heç kimin inciməsini istəməzdim. Sadıq Qarayevə də buradan salam göndərmək istəyirəm. O, Türkiyədə futbolçu kimi çıxış edib və indi həmkarımızdır. Ona da bir salam göndərmək istədim”.
F. Terim deyib ki, COP29-un rəhbərliyi və COP29-un dəstəyi ilə “Qarabağ” və Avropa Klublar Birliyinin birgə təşkilatçılığı ilə yaradılacaq bu ittifaqın növbəti illərdə fərqli klubların iştirakı ilə daha da güclənəcəyinə əmindir.
Oxşar xəbərlər
Fatih Terim Bakıya gəlib
Türkiyəli məşhur mütəxəssis Fatih Terim Bakıya gələcək
Fatih Terim: Qurban Qurbanova xüsusi hörmətim var - FOTO
"Liverpul" klubu "Qarabağ”ın təşəbbüsünə qoşulub
Tanınmış türkiyəli mütəxəssis Fatih Terim Bakıya gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə












