Rəşad Nəbiyev: Azərbaycanın dayanıqlı gələcəyinə aparan yol texnoloji innovasiyalarla sıx bağlıdır
Azərbaycanın dayanıqlı "yaşıl" gələcəyinə aparan yol texnoloji innovasiyalarla sıx bağlıdır.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 sədrliyi çərçivəsində mətbuat konfransında deyib.
"Biz qətiyyətlə inanırıq ki, rəqəmsallaşma təkcə unikal landşaftlarımızı və biomüxtəlifliyimizi qorumaq üçün deyil, həm də səmərəliliyi və dayanıqlılığı artırmaq üçün vacibdir", - o bildirib.
Nazir qeyd edib ki, son yeddi ay ərzində Azərbaycan metro, avtobuslar, videomüşahidə kameraları və s. kimi altı milyard obyektdən məlumatları toplayan platforma yarada bilib.
"Bu, real vaxt rejimində rəqəmsal qərarlar qəbul etməyə imkan verir. Platforma nəqliyyatın işini optimallaşdırır ki, bu da emissiyaların azaldılmasına müsbət təsir göstərir. Rəqəmsal həllər həmçinin yollarda sıxlığı azaltmağa və paytaxtda havanın keyfiyyətini yaxşılaşdırmağa kömək edir", - o bildirib.
Oxşar xəbərlər
Nazir: "Enerji istehlakını azaltmaq üçün data mərkəzləri optimallaşdırılmalıdır"
Vladanka Andreyeva: "COP29 2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyi üçün əsas platforma olacaq"
Bu il "SİMA" və "ASAN imza" ilə 47 milyondan çox əməliyyat həyata keçirilib
Rəşad Nəbiyev: Azərbaycan ekoloji dəyişiklikləri izləmək üçün peyk müşahidələrindən fəal istifadə edir
AİB Bakı metro şəbəkəsinin genişləndirilməsinə dəstək verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













