Rəşad Nəbiyev: Azərbaycan ekoloji dəyişiklikləri izləmək üçün peyk müşahidələrindən fəal istifadə edir
Azərbaycanda hər gün təxminən 1,5 milyon əməliyyatı emal edən Rəqəmsal Körpü təşəbbüsü sayəsində ətraf mühitə təsir əhəmiyyətli dərəcədə azalıb.
Sizinxeber.az xəbər verir ki, bunu Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
“Bundan əlavə, Azərbaycan quraqlıq, səhralaşma və su ehtiyatlarının idarə edilməsi kimi ekoloji dəyişiklikləri izləmək üçün peyk müşahidələrindən fəal şəkildə istifadə edir, transformasiya həmçinin ətraf mühitə nəzərəçarpacaq dərəcədə təsir göstərir. Günəş baza stansiyaları zamanın 60%-dən çoxunda bərpa olunan enerjidən istifadə edir, bu da enerji istehlakını və emissiyaları əhəmiyyətli dərəcədə azaldır”, - nazir əlavə edib.
Oxşar xəbərlər
Dorin Boqdan-Martin: COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsini dəstəkləmək üçün buradayıq
Nazir: İKT sektorundan emissiyalar qlobal ümumi həcmin 8 faizinə çata bilər
Muxtar Babayev: İKT sektoru qlobal emissiyaları minimuma endirmək üçün hərəkətə keçməlidir
Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib
Nazir: "Enerji istehlakını azaltmaq üçün data mərkəzləri optimallaşdırılmalıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













