"COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması” tədbiri keçirilib
Bakıda “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması” tədbiri keçirilib.
APA xəbər verir ki, tədbir COP29 Sədrliyi, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu tərəfindən İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə təşkil olunub.
Tədbirdə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və digər yerli və xarici rəsmi şəxslər, özəl sektor nümayəndələri iştirak edib. Tədbir ərzində iqlim maliyyəsi, "yaşıl" enerji mənbələrinə investisiyalar və digər mövzularda önəmli müzakirələr aparılıb, fikirlər səsləndirilib.
Oxşar xəbərlər
Britaniyanın sabiq baş naziri: Hökumətlər bütün biznesləri iqlim dəyişikliyi ilə mübarizədə təşviq etməlidir
Qlobal səfir: İqlim dəyişikliyinin təsirlərinə qarşı QHT-lər bir araya gəlməlidir
Nazir müavini: İstilik effekti yaradan qaz emissiyalarının 35%-dək azaldılması hədəflənir
COP29 çərçivəsində "Maliyyə, investisiya və ticarət günü” təşkil ediləcək
Yusif Abdullayev: Enerji istehsalında "yaşıl" enerjinin payını 30%-ə çatdırmaq istəyirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













