EBRD: İnvestisiyalarımızın 50 %-dən çoxu yaşıl sektora yönəlib
sizinxeber.az xəbər saytı

EBRD: İnvestisiyalarımızın 50 %-dən çoxu yaşıl sektora yönəlib


Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) investisiyalarının 50 %-dən çoxu yaşıl sektora yönəlib.

"Sizinxeber.az" xəbər verir ki, bunu EBRD-nin Siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.

"EBRD üçün Paris Sazişinin məqsədlərinə uyğun bütün əməliyyatlar yenidən təşkil edilib. Bu, o deməkdir ki, üzərimizə götürdüyümüz hər bir layihəni 1,5 dərəcə hədəfinə uyğun olub-olmaması baxımından qiymətləndiririk. EBRD özəl sektora diqqət yetirən bir qurumdur, çox spesifik biznes modelimiz var. Biz maliyyələşdirmə, texniki dəstək və potensialın gücləndirilməsi proqramları vasitəsilə müştərilərimizə davamlılığı idarəetmə çərçivələrinə inteqrasiya etməyə kömək edirik. Məqsədimiz emissiyaların azaldılması, iqlimə davamlılığın təmin edilməsi və aşağı karbonlu dünyaya uyğunlaşmaq üçün müştərilərimizin əməliyyatlarına dəstək olmaqdır. Bu, müştərilərimizin rəqabətə davamlı olması üçün vacib elementdir", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Avropa bankı: İrimiqyaslı nüvə enerjisi layihələrinə dəstək siyasətimizə uyğun deyil
EBRD rəsmisi: "Azərbaycanla bərpa olunan enerji əməkdaşlığından məmnunuq"
EBRD prezidenti COP29-da bankın nümayəndə heyətinə rəhbərlik edəcək
İdarəedici direktor: "EBRD COP29-da mühüm kredit sazişləri imzalamağa hazırlaşır"
EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle