UNİCEF-in nümayəndəsi: Suyun çirklənməsi, daşqınlar, quraqlıq nəticəsində yaranan xəstəliklər uşaqların sağlam inkişafı üçün təhlükə yaradır
sizinxeber.az xəbər saytı

UNİCEF-in nümayəndəsi: Suyun çirklənməsi, daşqınlar, quraqlıq nəticəsində yaranan xəstəliklər uşaqların sağlam inkişafı üçün təhlükə yaradır


COP29 "Mavi zona"sında ÜST, UNICEF və "Lancet Countdown" təşkilatı ilə iqlim, səhiyyə və uşaqlar mövzusundakı birgə mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, UNICEF-in Sağlam Uşaqlar üçün Sağlam Ətraf Mühit Qlobal Proqramının rəhbəri Abheet Solomon bildirib ki, iqlim dəyişikliyinin yol açdığı quraqlıq ciddi problemdir.

Onun sözlərinə görə, iqlim sahəsində fəaliyyətlərimizə görə gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq:

"Quraqlıq ərzaq probleminə yol açır. Suyun çirklənməsi, daşqınlar, quraqlıq nəticəsində yaranan xəstəliklər uşaqların sağlam inkişafı üçün təhlükə yaradır”.

UNICEF rəsmisi vurğulayıb ki, iqlim dəyişikliyi nəticəsində biomüxtəlifliyin aradan qalxması da sağlamlıq üçün təhlükə yaradır: “Hər şey uşaqların sağlamlığı və rifahı ilə başlayır. Ona görə də bu problemlərin həllinə nail olmaq lazımdır. Biz iqlim siyasəti, investisiya və bu istiqamətdə fəaliyyətlər zamanı uşaqları prioritet kimi müəyyənləşdirməliyik".

ÜST-nin Ətraf Mühit, İqlim Dəyişikliyi və Sağlamlıq Departamentinin direktoru Maria Neira isə qeyd edib ki, COP29-da iqlim dəyişikliyi şəraitində sağlamlığı qorumağa da diqqət yönəldiləcək: “Çirkli hava, su iqlim dəyişikliyinin nəticələridir və bu da sağlamlıq problemlərinə yol açır. Nəfəs aldığımız havanın keyfiyyətini daha da yaxşılaşdırmaqla hər il bu səbəbdən baş verən çoxlu sayda ölümün sayını azalda bilərik. Yəni iqlim dəyişikliyi ilə mübarizə aparmaqdan, bu prosesi yumşaltmaq üçün müdaxilələrdən çox şey qazana bilərik”.

Oxşar xəbərlər

UNICEF-in Proqram rəhbəri: İqlim sahəsində fəaliyyətə görə gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNICEF rəsmisi: İqlim dəyişikliyinin uşaqlara təsiri böyükdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNICEF təmsilçisi: Uşaqların 96 %-i çirklənmiş hava ilə nəfəs alır [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNICEF nümayəndəsi: İqlim dəyişikliyi uşaqların öyrənmə qabiliyyətinə mənfi təsir göstərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: COP29 sıfır emissiyaya sağlam keçidə kömək edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər