Bayden administrasiyası iqlim dəyişikliyi ilə mübarizə üçün vəsaitlərin bölüşdürülməsini sürətləndirəcək
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Donald Trampın iqtidara gəlməsindən öncə iqlim dəyişikliyi ilə mübarizə layihələri üçün sərəncamında qalan bütün vəsaitləri bölüşdürməyi planlaşdırır.
“Report” -ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin ekoinnovasiya və yaşıl enerjinin tətbiqi üzrə baş müşaviri Con Podesta Bakıda keçirilən COP29 iqlim sammitində bu vəsaitlərin bölüşdürülməsindən danışarkən jurnalistlərə bildirib.
“Hələ çox işimiz var və düşünürəm ki, hər şeyi həll etmək üçün 72 günümüz var”, – ABŞ təmsilçisi qeyd edib.
Onun sözlərinə görə, Bayden administrasiyası 2022-ci ildə qəbul edilmiş İnflyasiyanın Azaldılması Qanunu çərçivəsində bütün öhdəliklərini yerinə yetirmək niyyətindədir. Bu qanun, digər məsələlərlə yanaşı, federal hakimiyyət orqanları tərəfindən ştatlara iqlim dəyişikliyi ilə mübarizə üçün vəsaitlərin ayrılmasını nəzərdə tutur.
Eyni zamanda, CNN nəql edib ki, bu pulların əsas hissəsi artıq xərclənib. Telekanalın hesablamalarına görə, Bayden administrasiyası əvvəllər İnflyasiyanın Azaldılması Qanunu çərçivəsində iqlim üçün bütün vəsaitlərin təxminən 103 milyard dollar və ya 92 %-ni artıq bölüşdürüb.
Oxşar xəbərlər
Dreli Solomon: İqlim maliyyəsi ada dövlətləri üçün böhranın aradan qaldırılmasında çox mühüm rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dreli Solomon: İqlim maliyyəsi ada dövlətləri üçün böhranın aradan qaldırılmasında mühüm rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliyalı professor: İqlim dəyişikliyi ilə tək bir ölkə mübarizə apara bilməz [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da Türkiyə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini açıqlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baydenin müşaviri: Azərbaycanın iqlim maliyyələşdirilməsi təşəbbüslərindən məmnunuq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












