BMT-nin layihə rəhbəri: İqlim dəyişikliyinə qarşı tədbirlər yaşıl iqtisadiyyata üstünlük verməklə başlamalıdır - FOTO
sizinxeber.az xəbər saytı

BMT-nin layihə rəhbəri: İqlim dəyişikliyinə qarşı tədbirlər yaşıl iqtisadiyyata üstünlük verməklə başlamalıdır - FOTO


"Bizim əsas məqsədimiz ölkəmizdə karbon emissiyalarının azaldılması üzrə təcrübəni digər dövlətlərə paylaşmaqdan ibarətdir".

Sizinxeber.az xəbər verir ki, bu fikirləri Çinin Enerji Fodunun nümayəndəsi Jing Hu bildirib:

"İqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirilən mexanizmlər nəticəsində ölkəmizdə bir sıra dövlət proqramları irəli sürülüb. Şanxay bölgəsi vacib enerji mərkəzidir. Burada kömür hasil edən mədənlər mövcuddur. Çin bu regionda həyata keçirilən tədbirlər nəticəsində 2030-cu ilədək ölkənin ekoloji cəhətdən təmiz enerji ilə təhcizat səviyyəsini 60 faizə çatdırmağı hədəfləyir. "Yaşıl Enerji"yə keçid prosesi tək bizim ölkənin deyil, bütövlükdə regionun əhalisinin və təbiətin qorunmasına xidmət edəcək"

BMT-nin İqlim Dəyişmələri üzrə layihə rəhbərlərindən Yuanfeng Vu isə Çində bu sahədə görülən tədbirlərdən danışıb:

"Biz müxtəlif sahələrdə karbon kommunikasiyalarının həyata keçirilməsinə çalışırıq. Vaxtaşırı olaraq müxtəlif universitetlər, məktəblər, eləcə də bir sıra iş yerlərində çalışanlar arasında ağacəkmə və təbiəti mühafizə aksiyaları keçiririk. Hesab edirik ki, iqlim dəyişikliyinə qarşı görüləcək tədbirlər məhz yaşıllaşdırma və yaşıl iqtisadiyyata üstünlük verilməsindən başlamalıdır".

Oxşar xəbərlər

Peter Mixalko: COP29 planetin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb
DVX: Milli İqlim Dəyişiklikləri Strategiyası üzərində çalışırıq
Pakistanın baş nazirinin müşaviri ölkəsinin COP29-da təqdim edəcəyi əsas yeniliyi açıqlayıb
Pakistan baş nazirinin müşaviri ölkəsinin COP29-da təqdim edəcəyi əsas yeniliyi açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle