BMT-nin xüsusi məruzəçisi: İqlim dəyişikliyinin fəsadlarından qorumaq üçün trilyonlarla dollara ehtiyac var - FOTO
sizinxeber.az xəbər saytı

BMT-nin xüsusi məruzəçisi: İqlim dəyişikliyinin fəsadlarından qorumaq üçün trilyonlarla dollara ehtiyac var - FOTO


Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası çərçivəsində "La Ruta del Clima" Addressing loss and damage, reparations and climate debt: Human rights obligation, not a charity" mövzusunda mətbuat konfransı keçirilib.

Sizinxeber.az xəbər verir ki, konfransda iqlim dəyişikliyi ilə mübarizənin aktuallığı nəzərə alınaraq, bu problemlə mübarizənin bütün dövlətlərin öhdəliyi olduğu diqqətə çatdırılıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə xüsusi məruzəçisi Elisa Morgera bildirib ki, iqlim dəyişikliyi dünyanın aktual problemi olduğu kimi, onunla mübarizə də eyni aktuallığı qazanmalıdır:

"İqlim dəyişikliyi problemi ilə bütövlükdə planetimiz üzləşsə də bundan ən çox zərər görən az inkişaf etmiş, inkişaf etməkdə olan və ya müstəmləkə şəraitində yaşayan dövlətlərdir. Bu problemi şərtləndirən bir nömrəli amil atmosferə həddindən artıq dərəcədə karbon qazı emissiyalarının buraxılmasıdır. Belə ki, 1990-cı illərdən ötən dövr ərzində bu həcm icazə verilən normadan dəfələrlə yüksək olub. Hesablamalarımız göstərir ki, planetimizin əhalisini iqlim dəyişikliyinin fəsadlarından qorumaq üçün trilyonlarla dollar vəsaitə ehtiyac var. COP29-un əsas məqsədi də məhz bu vəsaitin təmin edilməsidir".

O da diqqətə çatdırılıb ki, iqlim dəyişikliyi ilə mübarizə yalnız bu problemə qlobal səviyyədə diqqət çəkən ölkələrin deyil, bütövlükdə hər bir dövlətin vəzifəsi olmalıdır:

"İtki və Zərərlərə Cavab Verən Fondun hesablamaları göstərir ki, əgər indiki məqamda biz iqlim dəyişikliyi, eləcə də karbon qazı emissiyalarının məhdudlaşdırılması istiqamətində tədbirlər görməsək, qarşıda daha ciddi problemlərlə qarşılaşa bilərik. İqlim fəlakətinin qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində biz təkcə bəşəriyyəti deyil, flora və faunanı da xilas edə bilərik. İqlim dəyişikliyi ilə mübarizədə nəticə əldə etmək üçün ilk növbədə siyasi iradə lazımdır. Hesab edirəm ki, bu amil təmin olunmadan heç bir halda uğurlu nəticəyə çatmaq mümkün olmayacaq. Biz bu qlobal təhlükəyə qarşı gücümüzü birləşdirmək üçün COP formatlı tədbirləri gözləməməliyik. İqlim dəyişikliyinə diqqət çəkmək üçün təkcə dövlətlərin deyil, vətəndaş cəmiyyətinin də səylərinin artırılmasına ehtiyac var. Burada əsas məqsəd ilk növbədə əhalinin iqlim probleminin hansı fəsadlara səbəb olacağı barədə məlumatlandırılmasıdır. Digər tərəfdən qeyri-hökumət təşkilatları da hökumətlərin diqqətini bu problemin aktuallığına yönəltməlidir. Belə olmasa hər hansı nəticədən nail olmaq mümkün olmayacaq".

Oxşar xəbərlər

Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır
Yaşıl İqlim Fondu bu il iqlim maliyyəsinə 50 milyon dollar vəsait ayırmaq istəyir
COP29-un baş danışıqçısı: Bütün ölkələr iqlim maliyyəsi məsələsində səylərini birləşdirməlidir
Saymon Still: COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq
UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle