Məhəmməd Əl Bluşi: Azərbaycan ilə tərəfdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə mənalı həllər təqdim edə bilər
Azərbaycan ilə tərəfdaşlıq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) cəsarətli iqlim fəaliyyətinə və dayanıqlı inkişafa sadiqliyini gücləndirərək iqlim dəyişikliyi ilə mübarizədə dönüş yarada və mənalı həllər təqdim edə bilər.
Bunu“Report”a müsahibəsində BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi deyib.
O bildirib ki, artıq müxtəlif sahələrdə çox məhsuldar ikitərəfli əməkdaşlıq qurulub:
“İnanıram ki, COP29 çərçivəsində əməkdaşlığımızdan ölkələrimiz çox fayda götürəcəklər. Belə iqlim konfranslarına ev sahibliyi etmək bərpa olunan enerjinin əhəmiyyətini vurğulamaq üçün unikal imkan təqdim edir. Həmçinin bu, ətraf-mühit məsələləri ilə bağlı cəmiyyətdə məlumatlılığı artırmaq üçün nümunəvi bir model hesab oluna bilər”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz
Oxşar xəbərlər
Səfir: Azərbaycan və BƏƏ-nin tərəfdaşlığı iqlim dəyişikliyi ilə mübarizədə mənalı həllər təqdim edə bilər - MÜSAHİBƏ
İan Borq: COP29 önəmli bir fürsətdir
BƏƏ nümayəndəsi: COP29-da iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli addımlara keçmək vacibdir
COP29 çərçivəsində keçiriləcək bir sıra yan tədbirlər məlum olub
BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Azərbaycana səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












