ESG üzrə vahid platformanın və milli standartın təqdimatı keçirilib - FOTO
"Azərbaycanın dayanıqlı inkişafı naminə: ESG üzrə vahid platformanın və milli standartın təqdimatı" adlı tədbir keçirilib.
APA xəbər verir ki, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev bildirib ki, Azərbaycanın strateji baxış sənədi əsas sütunlar üzrə beş əsas mərhələni nəzərdə tutur ki, onlardan üçü artıq reallaşdırılıb, digər ikisi isə qarşıdakı dövrdə həyata keçiriləcək:
"Bugünkü tədbir onu deməyə əsas verir ki, Azərbaycanda ESG üzrə xeyli yol qət olunub və bu məqsədlə yaradılan işçi qrupu qarşıya qoyulan məqsədlərə nail olub. Bu istiqamətdə vahid platformanın yaradılması qısa müddətdə real nəticənin əldə olunmasına imkan verib. Qarşımızda əsas hədəf o idi ki, bu platforma daha iddialı məqsədlərə doğru irəliləməlidir. Ölkəmizdə növbəti həftə başlayacaq COP29-un gündəliyinə uyğun olaraq ESG standartının qəbulu sahibkarlara imkan verəcək ki, onlar öz fəaliyyətini milli xüsusiyyətlərlə hazırlanmış strategiyaya uyğun həyata keçirsinlər".
Milli Məclisin deputatı Sadiq Qurbanov isə qlobal müharibələrə toxunub.
O bildirib ki, COP29-da toplanmalı olan vəsaitin böyük bir qismi iki ölkə arasında müharibəyə sərf olunur:
"Azərbaycanın COP29-dan gözlədiyi və bütün dünyanın toplamağa çalışdığı vəsaitin yarısı elə iki dövlət arasında gedən müharibəyə xərclənir. İkinci məsələ isə ondan ibarətdir ki, Azərbaycanın özünün Vətən müharibəsində qələbəsi ilə yaratmış olduğu presedent dünyanın xilasına səbəb ola bilər. Hazırda Azərbaycan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində iqtisadi imkanlarına görə Azərbaycan üçüncü yerdədir. Bu indekslər onu göstərir ki, Azərbaycanda uğurlu siyasət həyata keçirilir".
KOB Agentliyinin icraçı direktoru Orxan Məmmədov ötən iki il müddətində ESG üzrə ortamüddətli dövr üçün strateji baxışın müəyyən edildiyinə və yol xəritəsi hazırlandığına diqqət çəkib.
Onun rəhbərlik etdiyi agentliyin 2023-cü ildəki fəaliyyətinə toxunub. Bəyan edib ki, sözügedən fəaliyyət daha çox bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və boşluqların aradan qaldırılması istiqamətləri ilə bağlı olub:
"İstər özəl sektor, istərsə də ictimai sektor çərçivəsində ESG ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Bu səylərimiz özəl sektorun vahid hədəflər uğrunda birləşdirilməsinə nail olmaq məqsədi daşıyırdı və biz buna az da olsa nail ola bildik. ESG üzrə proseslərdən geri qalmaq mümkün deyil. Ötən iki il müddətində ESG üzrə ortamüddətli dövr üçün strateji baxış müəyyən edilib və yol xəritəsi hazırlanıb. 2023-cü ildəki fəaliyyətimiz daha çox beynəlxalq təcrübənin öyrənilməsi və boşluqların aradan qaldırılması istiqamətləri ilə bağlı olub. Həmin dövr ərzində müvafiq arayış və hesabatlar toplanaraq məcmu şəklində nəşr olunub. Bu gün onlardan ikisinin təqdimatı olacaq. Vahid standartlar ESG prosesləri üzrə fəaliyyətin istiqamətləndirilməsinə xidmət edəcək. Qəbul olunmuş ESG standartı Beynəlxalq Standartlaşdırma İnstitutunun tələblərinə əsasən hazırlanıb. Digər tərəfdən biz "Yaşıl Biznesin İdarəedilməsi Prinsipləri" adlı dövlət standartını qəbul etmişik. Bu isə dövlətin yaşıl inkişaf siyasətinə dəstək xarakteri daşıyır. Ötən il agentliyimiz tərəfindən peşəkar şirkətin köməyi ilə aparılan sorğuda sahibkarların bu sahədə zəruri ehtiyacları qeyd edilib. Biz zəruri alətlər çərçivəsində ESG prinsip və alətlərinin inkişafına xüsusi diqqət yetiririk. Bu sahədə KOB Evləri, dəstək proqramları, KOB şəhadətnamələri vasitəsilə həyata keçirilən layihələr sahibkarların məlumatlandırılması və təşəbbüslərin maliyyələşdirilməsinə istiqamətlənib. Vahid platforma və milli standart bu yolda bələdçi funksiyasını yerinə yetirə bilər".
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov isə COP29 çərçivəsində təqdim olunacaq daha bir yeniliyi açıqlayıb.
O qeyd edib ki, COP29 çərçivəsində Azərbaycanın "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüsləri 14 noyabr tarixində təqdim olunacaq:
"Banklar və digər maliyyə təşkilatları öz korporativ sosial məsuliyyət fəaliyyətini yerinə yetirməklə ekoloji layihələrə kredit ayırdıqları zaman ekologiyanın qorunmasının vacibliyini nəzərə almalıdır. Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası Azərbaycanın qlobal iqlim fəaliyyətindəki hədəflərini daha da gücləndirir. Azərbaycan "Yaşıl iqtisadiyyat"a keçidin dəstəklənməsi məsələsində öz liderliyini davam etdirəcək. COP29 Sədrliyinin təqdim etdiyi "Bakı Təşəbbüsü" dialoq və təcrübə platforması olaraq nəzərdə tutulub. COP29 çərçivəsində Azərbaycanın "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüsləri 14 noyabr tarixində təqdim olunacaq. Bu təşəbbüslərin qlobal səviyyədə "yaşıl iqtisadiyyat"a mühüm töhfələr verəcək".
Daha sonra http://esghub.az platformasının təqdimatı olub.
Qeyd edilib ki, "Təşəbbüslər", "Hesabatlar", "Məqalələr", "Alətlər" və "Kurslar" bölmələri sahibkarların fəaliyyətinin daha da çox təşviqinə imkan yaradır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasına ev sahibliyi etməyə hazırlaşan Azərbaycanda belə bir platformanın istifadəyə verilməsi ölkənin ekoloji dayanıqlığa verdiyi töhfənin nümunəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüslərin dəstəklənməsinə xidmət edir.
Oxşar xəbərlər
Vüsal Şıxəliyev: 2030-cu illəri nəzərdə tutan strategiyada yaşıl iqtisadiyyat əsas prioritet kimi nəzərdə tutulub
Deputat: Azərbaycan COP29-dan çox şey gözləyir
"ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib
Vüsal Şıxəliyev: "ESG standartları gələcək inkişaf strategiyaları hazırlamağa imkan verəcək"
Nazir müavini: COP29-da Azərbaycanın "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüsləri təqdim olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
