20 il sonra da olsa, İranın nüvə silahı olacaq - Casim
sizinxeber.az xəbər saytı

20 il sonra da olsa, İranın nüvə silahı olacaq - Casim


İran özünün nüvə proqramından imtina etməyəcək, ən böyük arqument kimi də Ukraynanın nüvədən imtinasını göstərir.

Sizinxeber.Az xəbər verir ki, bunu Qətərin keçmiş baş naziri Şeyx Həməd bin Casim “Əl Cəzirə”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, İran nüvə proqramına yaşamaq və dövlət suverenliyi məsələsi kimi baxır:

“Bir dəfə İran rəsmisi mənə dedi: “Ukrayna nüvə silahından imtina etdi, baxın ona nə oldu”. İran bir dövlət olaraq görür ki, İsrail və Pakistan nüvə silahlarına sahibdir, hətta rəsmi olaraq etirafdan imtina etsələr belə. Düşünürəm ki, İran nəhayət nüvə silahna sahib olacaq. 20 ildən sonra da olsa, onlar buna nail olacaqlar”.

Oxşar xəbərlər

İran nüvə silahından imtina etdi - Tramp
Pezeşkian: İran heç vaxt dinc nüvə enerjisindən imtina etməyəcək
İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib
İran XİN: Uranın zənginləşdirilməsindən imtina etməyəcəyik
İran nüvə dosyesi ilə bağlı ABŞ, Avropa və Rusiya ilə əlaqə saxlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər