ABŞ COP 29-da iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
ABŞ COP 29-da iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.
APA ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, 11-22 noyabr tarixlərində ABŞ-ın 20-dən çox departamenti, agentliyi və təşkilatından olan yüksək vəzifəli rəsmilər iqlim böhranı ilə mübarizədə ABŞ-ın liderlik mövqeyini vurğulamaq və güclü nəticələrinə nail olunması istiqamətindəə işləmək üçün Bakıya səfər edəcəklər.
ABŞ nümayəndə heyətinə ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta başçılıq edəcək. Nümayəndə heyətinə həmçinin kənd təsərrüfatı katibi Tomas Vilsak, enerji katibi Cenifer Qranholm, prezidentin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallori, enerji katibinin müavini David Turk, daxili işlər üzrə katibin fəaliyyətdə olan müavini Laura Daniel Deyvis, Ətraf Mühitin Müdafiəsi Agentliyinin administratorunun müavini Ceyn Nişida, ticarət katibinin okeanlar və atmosfer üzrə müavini və Milli Okean və Atmosfer Administrasiyasının administratoru Rik Spinrad, dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Yenkins daxildir.
Həmçinin ABŞ nümayəndə heyəti tərkibində iqlim dəyişikliyinin silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, gender, qlobal sağlamlıq, ticarət və investisiya, gənclərlə bağlı məsələlər və digərlərinə təsirləri istiqamətində fəaliyyət göstərən geniş sayda digər ABŞ rəsmiləri də Azərbaycana səfər edəcəklər.
Oxşar xəbərlər
COP29-da iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-nin İqlim fəaliyyəti üzrə komissarı Bakıda COP29 öncəsi iclasda iştirak edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri gələn həftə Çinə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baydenin müşaviri: Biz Bakıda danışarkən "Milton" qasırğası ABŞ-də zərərlər törətməkdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












