İtaliyalı xüsusi elçi: Ölkəmizi COP29-da Baş nazir Meloni təmsil edəcək
sizinxeber.az xəbər saytı

İtaliyalı xüsusi elçi: Ölkəmizi COP29-da Baş nazir Meloni təmsil edəcək


“COP29 həqiqətən böyük bir tədbirdir, böyük əhəmiyyət kəsb edir”.

Bu barədə İtaliyanın İqlim dəyişikliyi üzrə xüsusi elçisi Françesko Kovaro APA-ya açıqlamasında bildirib.

O qeyd edib ki, İtaliyanı COP29 tədbirində Baş nazir Giorgia Meloni ilə yanaşı ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piketto təmsil edəcək:

“İtaliyanın Afrikadakı iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş Mattei Planı var. Beləliklə, biz İtaliya hökumətinin beynəlxalq əməkdaşlığı ilə də bu müzakirələri bu kimi konfranslarda açırıq. Əgər bu il iqlim dəyişikliyi ilə bağlı fəaliyyəti təkmilləşdirməyə ehtiyacımız varsa, diqqəti iqlim fondlarına yönəltməliyik”.

Xüsusi elçi vurğulayıb ki, gələcək üçün iqlim maliyyəsi üzrə yeni plan haqqında qərar qəbul etmək lazımdır, lakin həqiqətən vacib olan bu fondların yeni strukturunu formalaşdırmaqdır: “Yalnız bu yolla biz iqlim dəyişikliyinə qarşı tədbirləri həqiqətən təkmilləşdirə biləciyik. Söhbət iqlim dəyişikliyi ilə mübarizə üçün tələb olunan maliyyə vəsaitindən gedir. Azərbaycanın bu istiqamətdəki fəaliyyəti çox önəmlidir. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanda keçiriləcək COP29-un yüksək səviyyədə təşkil olunması üçün əlindən gələni edir. COP29-dan əvvəl təşkil olunan müzakirələrin effektiv keçəcəyinə inanırıq. Ümid edirik ki, tərəflər iqlim dəyişikliyinə qarşı mübarizə üçün tələb olunacaq vəsaitin maliyyələşdirilməsi, eləcə də 6-cı maddə ilə bağlı səmərəli razılıq əldə edəcəklər. Hesab edirəm ki, Bakıda irəli sürüləcək təşəbbüslər bir-biri ilə əlaqələndirilməlidir. Planetimizin sağlam gələcəyinin təmin olunması üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyası uğurla başa çatdırılmalıdır. Bu olduqca həlledici bir məqamdır. Çünki söhbət maliyyələşmə məsələsindən gedir”.

Oxşar xəbərlər

İtaliyanın İqlim dəyişikliyi üzrə xüsusi elçisi: COP29 faydalı bir platforma olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanda COP29-a hazırlıqlar çox yaxşı gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliya Baş naziri Çinə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadari: Bakı İqlim Həftəsinin fəaliyyəti bir çağırışdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniyanın Baş naziri Meloni ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər