COP29-un yüksək səviyyəli çempionu: İqlim dəyişikliyi bütün cəmiyyəti narahat edən məsələ olmalıdır
sizinxeber.az xəbər saytı

COP29-un yüksək səviyyəli çempionu: İqlim dəyişikliyi bütün cəmiyyəti narahat edən məsələ olmalıdır


“İqlim dəyişikliyi sırf texniki məsələ deyil, bilavasitə iqtisadi, sosial ədalət sahəsi ilə bağlantılıdır”.

APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.

O bildirib ki, sabahın işçi qüvvəsinin bu gündən formalaşması çox mühümdür: “Enerji infrastrukturu, kənd təsərrüfatı artıq yeni kadrlar, bacarıqlar tələb edəcək. Ona görə də universitetlər, kolleclər yaxşı mənada bu sahələrdə kadrlar yetişdirməlidir. Universitetlər yaşayan laboratoriya olmalıdır. Onların bərpaolunan enerji ilə bağlı dedikləri sözdə qalmamalıdır. Biz COP rəhbərliyi olaraq 14 təşəbbüslə çıxış etmişik. Onlardan biri də insan inkişafı ilə bağlıdır. Xüsusilə gələcəkdə uşaqlara və gənclərə növbəti COP-ların təlqin edilməsi çox əhəmiyyətlidir. İqlim dəyişikliyi bütün cəmiyyəti narahat edən məsələ olmalıdır. Universitetlərin bu sahədə rolu çox mühümdür”.

Oxşar xəbərlər

Nigar Arpadari: Bakı İqlim Həftəsinin fəaliyyəti bir çağırışdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı İqlim Fəaliyyəti Həftəsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı İqlim Fəaliyyəti Həftəsi işinə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: COP29-un əsas mövzusu maliyyə olacaq, özəl sektoru buna cəlb etməyi düşünürük [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Still: COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər