Nazir müavini: Planetimizin gələcəyi həm də biomüxtəlifliyin qorunmasından asılıdır
sizinxeber.az xəbər saytı

Nazir müavini: Planetimizin gələcəyi həm də biomüxtəlifliyin qorunmasından asılıdır


Tədqiqatlar göstərir ki, insan sağlamlığının 7%-i səhiyyədən, 20%- i isə ekologiyadan asılıdır.

Sizinxeber.az xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O bildirib ki, ekoloji mədəniyyəti və dünyagörüşünü formalaşdırmaq üçün təhsilin bütün pillələrində, xüsusilə də məktəbəqədər təhsildə ciddi addımlar atılmalıdır:

“Ali təhsildə ekoloji təhsilin trayektoriyasına yenidən baxılmalıdır. Burada 3 istiqamət - təhsil, elm və mədəniyyət nəzərə alınmalıdır. Bunların ali təhsildə ekoloji təhsilin trayektoriyasına inteqrasiyası barədə düşünülməlidir. Bu ali təhsil müəssisələrinin əsas vəzifəsidir".

"Qarşıdan gələn COP29 tədbirinin nə dərəcədə əhəmiyyətli olduğu hər birimizə bəllidir. Planet bizim anamızdır, o bizi həm qidalandırır, həm də qoruyur. Ona görə də biz planetimizin qorunmasına xüsusi diqqət ayırmalıyıq. Amma 900 mindən çox flora və fauna tamamilə məhv olub. Planetimizin gələcəyi, həm də biomüxtəlifliyin qorunmasından asılıdır”, - deyə nazir müavini çıxışında bildirib.

Oxşar xəbərlər

Nazir müavini Firudin Qurbanov Yevlaxda olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə start verilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadari: Bakı İqlim Həftəsinin fəaliyyəti bir çağırışdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Agentliyi məktəbli formaları ilə bağlı valideynlərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər