Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycan şəffaflıq hesabatını hazırlayacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Real Tv”yə müsahibəsində deyib.
O bildirib ki, COP29 çərçivəsində ölkələr şəffaflıq hesabatını təqdim edəcəklər: "Bu, iqlim layihələri ilə bağlı hesabatdır”.
M.Babayevin sözlərinə görə, bu sənədlər kifayət qədər vacibdir: “Azərbaycan çalışacaq ki, COP29-a qədər bu sənədi hazırlasın və təqdim etsin”.
Nazir onu da əlavə edib ki, COP29 çərçivəsində Azərbaycanda bir çox yaşıl layihələr təqdim olunacaq: "Bunların xeyli hissəsi Qarabağla bağlı olacaq. Digər regionlarla bağlı da layihələr var. COP29 Azərbaycanın özünü təqdim və təbliğ etməsi üçün yaxşı imkandır".
Oxşar xəbərlər
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir
Muxtar Babayev: "COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq"
Muxtar Babayev: Tərəfləri COP29-dan əvvəl İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməyə çağırırıq
Muxtar Babayev: Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan tərəfindən təklif edilib
Muxtar Babayev: COP29-a hazırlıq işləri sürətlə davam edir, lazımi tədbirlər görülür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













