Türkiyə Azərbaycana taxıl və paxlalıların ixracını artırıb
sizinxeber.az xəbər saytı

Türkiyə Azərbaycana taxıl və paxlalıların ixracını artırıb


Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 75,579 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.

Təkcə mayda Türkiyə Azərbaycana 15,849 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 17,1 % çoxdur.

5 ayda Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 4,2 % artaraq 5,23 milyard ABŞ dollarına, mayda isə 0,1 % artaraq 1,06 milyard ABŞ dollarına çatıb.

Oxşar xəbərlər

Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci artırıb
Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 7 %-ə yaxın azaldıb
Türkiyə Azərbaycana tekstil məhsulları ixracını artırıb
Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər