Aqrar Tədqiqatlar Mərkəzi ilə Amerika Əməkdaşlıq İnstitutu Anlaşma Memorandumu imzalayacaq
sizinxeber.az xəbər saytı

Aqrar Tədqiqatlar Mərkəzi ilə Amerika Əməkdaşlıq İnstitutu Anlaşma Memorandumu imzalayacaq


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Aqrar Tədqiqatlar Mərkəzi (ATM) və Kənd Təsərrüfatı üzrə Amerika Əməkdaşlıq İnstitutu (IICA) arasında Anlaşma Memorandumu imzalana bilər.

"Sizinxeber.az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə IICA-nın xarici və institusional əlaqələr direktoru Beverli Best Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) rəhbərliyi ilə görüşü zamanı bildirib.

Gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunduğu onlayn görüşdə Mərkəzin direktoru Rəşad Hüseynov, direktor müavini Namiq Şalbuzov, IICA-nın rəqəmsal platforması olan Aqro-ərzaq Sistemləri üzrə Dövlət Siyasəti Observatoriyasının (OPSAa) koordinatoru Hoakin Arias, iqtisadiyyat üzrə mütəxəssisi Evgeniya Salazar, IICA-nın xarici və institusional əlaqələr direktoru Beverli Best və IICA-nın ABŞ-dəkı nümayəndəsi Marqaret Zieqler iştirak ediblər.

Görüşdə IICA-nın ABŞ-dəkı nümayəndəsi Marqaret Zieqler deyib ki, özünün də təmsil olunacağı böyük bir komanda bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirak edəcək. IICA Sessiya çərçivəsində Bakıda dayanıqlı kənd təsərrüfatı və aqro-ərzaq sistemləri ilə bağlı da bir sıra görüşlər keçirməyi nəzərdə tutur.

Sonda Rəşad Hüseynov COP29-da iştirak fürsətindən yararlanaraq hər iki qurumun nümayəndələrinin görüşünün keçirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanda görüşməyi və əlaqələrin genişləndirilməsi, koordinasiya, qarşılıqlı fəaliyyət və əməkdaşlıq məsələlərini müzakirə etməyi təklif edib.

Oxşar xəbərlər

Aqrar Tədqiqatlar Mərkəzi auditor seçir
Aqrar Xidmətlər Agentliyinə yeni sədr müavini təyin edilib
Azərbaycan və Qazaxıstan aqrar məhsulların birgə ixracını müzakirə edəcək
FAO və Azərbaycan COP29 üçün aqro-ərzaq sistemləri proqramını təkmilləşdirir
Bakıda regional iqlim seminarı keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle