sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İmişlidə məcburi köçkünlərə məxsus ərazidə 4 529 hektar sahədə əkin aparılıb
İmişlidə Cəbrayıl rayonundan olan məcburi köçkünlərə məxsus torpaq sahəsində bu il 4 529 hektar sahədə əkin işləri aparılıb.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, əkin sahələrinin suvarılması işi ilə Dövlət Su Ehtiyatları Agentliyinin Cəbrayıl yerli istismar idarəsi məşğul olur.
İdarənin balansında 100 km-ə yaxın suvarma kanalı, 137 km-dən artıq kollektor-drenaj şəbəkəsi mövcuddur. Onlardan 33 km-i beton üzlüklü, 50 km-ə yaxını isə torpaq məcralı kanallardır.
Suvarma işləri aparılan sahələrdə bu il 1 080 hektarda taxıl, 1 833 hektarda yonca, 40 hektarda pambıq, 18 hektarda şəkər çuğunduru və digər bitkilər əkilib.
Oxşar xəbərlər
Bu il İmişlidə 215 hektar sahədə şəkər çuğunduru əkilib
İmişlidə əkin sahələri azalıb
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Azərbaycanda torpaq kanallarında şirin su itkisi 60 %-ə qədərdir
Naxçıvanın 550 hektar ərazisini əhatə edən yaşıllaşdırma proqramı hazırlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













