Azərbaycanda payızlıq əkin sahələrinin 36 %-də biçin başa çatıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda payızlıq əkin sahələrinin 36 %-də biçin başa çatıb


Ölkə üzrə payızlıq əkin sahələrinin 35,6 %-də biçin başa çatıb, sahələrdən 1 087 507 ton məhsul yığılıb.

"Sizinxeber.az" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, buğda sahələrinin 13,2%-i, arpa sahələrinin isə 62,1%-i biçilib. Hazırda orta məhsuldarlıq buğda üzrə 35,3 %, arpa üzrə isə 32,2 % təşkil edir.

Biçin prosesində 1 604 kombayn iştirak edir. Bunlardan 598 kombayn “Aqroservis” ASC-nin, 1 006 kombayn isə fiziki və hüquqi şəxslərin balansında olan texnikalardır. Hazırda ən çox kombayn Cəlilabad (127 ədəd), Şəki (120 ədəd), Ağsu (112 ədəd), Kürdəmir (86 ədəd) rayonlarında biçinə cəlb olunub.

"2024-2025-ci təsərrüfat ilində əkilmiş 426 623 hektar arpa sahəsinin 264 861 hektarı biçilib, sahələrdən 852 176 ton arpa yığılıb. Artıq Neftçala, Lənkəran, Salyan, Yevlax, Bərdə rayonlarında arpa biçini tam yekunlaşıb. Ağdam, Ağdaş, Cəlilabad, Füzuli, Naftalan, Hacıqabul, Masallı, Saatlı, Sabirabad, Şuşa, Tərtər, Ucar və Zərdabda arpa biçini göstəricisi 90 %-dən çoxdur. Hazırda 51 rayonda aktiv biçin aparılır. Biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır",- deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Nazirlik: Arpa sahələrinin 29 %-də biçin yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər