Nigeriyada silahlılar uşaq evindən 23 azyaşlını oğurlayıb
sizinxeber.az xəbər saytı

Nigeriyada silahlılar uşaq evindən 23 azyaşlını oğurlayıb


Nigeriyanın cənubundakı Kogi ştatında silahlı şəxslər uşaq evinə hücum edərək 23 azyaşlını qaçırıb.

“Le Figaro”nun məlumatına görə, hadisə aprelə 26-dan 27-nə keçən gecə Lokoja şəhərində baş verib.

Polis 15 uşağın xilas edildiyini, 8-nin isə hələ də itkin düşdüyünü bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, uşaq evi qeyri-qanuni fəaliyyət göstərib və rəsmi qeydiyyatdan keçməyib.

Hücumun hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil, lakin bölgədə “Boko Haram” terror təşkilatının fəaliyyəti qeyd olunur.

Nigeriyada bu cür kütləvi oğurluq halları tez-tez baş verir və silahlı qruplar adətən girovlar üçün fidyə tələb edir.

Oxşar xəbərlər

“Boko Haram” silahlıları Nigeriyada 20 nəfəri qətlə yetiriblər
KİV: "Boko Haram" silahlıları Nigeriyada 20 balıqçını öldürüblər
Nigeriyada keçirilən əməliyyat nəticəsində 21 silahlı dəstə üzvü öldürülüb
Nigeriyada avtobusa silahlı hücum olub, 8 nəfər öldürülüb
Nigeriyada silahlı hücum: 5 nəfər öldürülüb, 50 nəfər qaçırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər