Avropa Parlamentində 58 milyon avro məbləğində qrant sazişlərinin yoxlanılması istənilir
sizinxeber.az xəbər saytı

Avropa Parlamentində 58 milyon avro məbləğində qrant sazişlərinin yoxlanılması istənilir


Avropa Parlamentinin Büdcəyə Nəzarət üzrə Komitəsi Avropa Komissiyasının 58,2 milyon avro məbləğində qrant verilməsinə dair QHT-lərlə bağladığı sazişləri yoxlamağı planlaşdırır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə “Politico” nəşri parlamentarilərin büdcə, dələduzluqla mübarizə və dövlət idarəçiliyi üzrə Avropa komissarı Petr Serafinə məktubuna istinadən məlumat yayıb.

Belə ki, 28 müqavilə yoxlamaya məruz qala bilər. Bunlara Avropa Komissiyasının 2019-2024-cü illər ərzində müxtəlif hüquq müdafiə və ekoloji QHT-lərlə, həmçinin Britaniya neft şirkəti “Shell” və Almaniya avtomobil konserni “Volkswagen” də daxil olmaqla iri biznes qrupları ilə bağladığı müqavilələr daxildir.

Oxşar xəbərlər

Aİ Ukraynaya 160 milyon avro ayıracaq
Avropa Komissiyası Ukraynaya enerji infrastrukturu üçün 40 milyon avro ayırıb
Aİ “Avropa kosmik qalxanı” yarada bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər