Şarof Rəhmanov: “Daşkənddə Azərbaycan biznesinin iştirakı ilə 300 milyon dollarlıq hotel tikilir”
sizinxeber.az xəbər saytı

Şarof Rəhmanov: “Daşkənddə Azərbaycan biznesinin iştirakı ilə 300 milyon dollarlıq hotel tikilir”


Özbəkistanın paytaxtı Daşkənd azərbaycanlı turistlər arasında artan populyarlıqdan istifadə edir - şəhər hər il təxminən 10 min azərbaycanlı qonaq qəbul edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Daşkənd şəhər rəhbərinin müavini Şarof Rəhmanov IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Azərbaycan - Özbəkistan: İqtisadi tərəfdaşlıq vektoru" panel sessiyasında bildirib.

O qeyd edib ki, ikitərəfli ticari-iqtisadi əlaqələr inkişaf edir: “Daşkənddə Azərbaycan kapitalının iştirakı ilə təxminən 200 müəssisə fəaliyyət göstərir. Təxminən eyni sayda müəssisəmiz Bakıda qeydiyyatdan keçib. Bu gün bizim ticarət dövriyyəmiz təxminən 150 milyon ABŞ dolları təşkil edir. Əməkdaşlığın xüsusi sahəsi isə turizmdir. Hər il Daşkəndi təxminən 10 min azərbaycanlı turist ziyarət edir. Təxminən eyni sayda turistimiz Azərbaycanı ziyarət edir".

Ş.Rəhmanov əlavə edib ki, ölkələr arasında hotel biznesi sahəsində də əməkdaşlıq mövcuddur, xüsusilə Daşkənddə dəyəri artıq 300 milyon ABŞ dolları olan hotel tikilir və tikintini Azərbaycan şirkəti həyata keçirir.

O həmçinin vurğulayıb ki, Bakıda Özbəkistanın və Daşkənddə isə Azərbaycanın milli mərkəzlərinin tikilməsi barədə razılaşma əldə olunub: "İki ölkənin sahibkarları bu layihələrin həyata keçirilməsində iştirak edəcəklər. Əminik ki, bu mərkəzlər ölkələrimizin simvollarına çevriləcəklər".

Oxşar xəbərlər

Azərbaycan Özbəkistanda ticarət nümayəndəliyi açacaq
Azərbaycan Özbəkistanda turizm kompleksi yaradacaq
Orxan Məmmədov: "Azərbaycan-Özbəkistan dialoqu real nəticələr verməkdədir"
Özbəkistan XİN: Daşkənd Bakı və Ankara ilə üçtərəfli formatda əməkdaşlığı vacib hesab edir - EKSKLÜZİV
Teymur Həsənov: "Bakı-Daşkənd marşrutu üzrə yeni aviadaşıyıcının daxil olması Azərbaycana artan marağı təsdiq edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər