Seymur Mərdəliyev Ukrayna Prezident Ofisinin rəhbəri ilə ikitərəfli əlaqələri müzakirə edib
sizinxeber.az xəbər saytı

Seymur Mərdəliyev Ukrayna Prezident Ofisinin rəhbəri ilə ikitərəfli əlaqələri müzakirə edib


Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bu ölkənin Prezident Ofisinin rəhbəri Sergey Kislitsa ilə görüşüb.

Ukrayna Prezidentinin Ofisindən "Sizinxeber.az"un Şərqi Avropa bürosuna verilən məlumata görə, görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin sonlarında Azərbaycana səfəri və liderlərin bu həftəki telefon danışığı zamanı əldə olunan razılaşmaların həyata keçirilməsi müzakirə edilib.

Müzakirə çərçivəsində Ukrayna ilə Azərbaycan arasında dialoq və əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib, siyasi məsləhətləşmələrin keçirilməsi, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın işi, eləcə də enerji sektorunda qarşılıqlı fəaliyyətə toxunulub.

S.Kislitsa Ukraynanım Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) yüksək səviyyədə təmsil olunacağını qeyd edib:

"Bu, urbanizasiyaya həsr olunmuş beynəlxalq tədbirdir. Onun iştirakçıları urbanizasiyanın yüksək tempi və onun icmalara, şəhərlərə, iqtisadiyyata, iqlim dəyişikliyinə və dövlət siyasətinə təsiri ilə bağlı problemlərin həlli yollarını axtarırlar".

Oxşar xəbərlər

Azərbaycanla Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Bakıda yaxın zamanlarda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Azərbaycan səfiri Ukraynanın energetika naziri ilə görüşüb
Ukrayna Prezident Ofisinin rəhbəri: Ədalətli və dayanıqlı sülh bizim üçün prioritetdir
Ukrayna nümayəndə heyəti ikitərəfli danışıqlar üçün Mayamiyə gedib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər