Mixail Qusman: Heydər Əliyev Azərbaycanın xilaskarı idi
Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birində ölkənin dövlətçiliyinin qorunub saxlanılmasında müstəsna rol oynayıb.
"Report" xəbər verir ki, bunu rusiyalı beynəlxalq jurnalist, professor Mixail Qusman Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə bildirib.
O xüsusilə vurğulayıb ki, Heydər Əliyev bütün həyatını Azərbaycana həsr edib. "O, ölkə qarşısındakı bütün məsuliyyəti dərk edərək, hər gün taqətdən düşənə qədər işləyirdi", - Qusman qeyd edib.
Jurnalist həmçinin Heydər Əliyevin rus dilini yüksək səviyyədə bildiyini qeyd edərək, onun söz duyumunu və fikirlərini dəqiq ifadə etmək bacarığını vurğulayıb.
O əlavə edib ki, məhz Heydər Əliyev ölkə üçün çətin tarixi dövrdə Azərbaycan cəmiyyətini birləşdirib və ölkənin dövlətçiliyini qoruyub saxlayıb.
"Mən faktiki olaraq parçalanmaqda olan ölkəni bir araya gətirib yenidən qura biləcək başqa bir insan tanımıram. O, Azərbaycanın xilaskarı idi", - o deyib.
Qeyd edək ki, Azərbaycanın Rus İcması Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş gecə təşkil edib. Tədbir çərçivəsində müəllifi Mixail Qusman olan "Liderin qəlbi" sənədli filminin nümayişi baş tutub.
Oxşar xəbərlər
Ankarada Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
