İndoneziya səfiri Sumqayıtda əməkdaşlıq məsələlərini müzakirə edib
İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Sumqayıt ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
"Report"un yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov qonağa şəhərin tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı və son illərdə şəhərdə həyata keçirilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.
Bildirilib ki, Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi kimi regionun iqtisadi inkişafında mühüm rol oynayır.
B.Helmi Azərbaycan ilə İndoneziya arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, bu münasibətlərin gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Səfir Sumqayıtın sənaye və iqtisadi imkanlarını yüksək qiymətləndirərək, şəhərin iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynaya biləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan İndoneziya ilə hava əlaqələrinin gücləndirilməsini müzakirə edib
Zakir Fərəcov Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru ilə görüşüb
Sumqayıtın 75 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Zakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
