Meloni: Azərbaycan energetika sahəsində İtaliyanın strateji tərəfdaşıdır
sizinxeber.az xəbər saytı

Meloni: Azərbaycan energetika sahəsində İtaliyanın strateji tərəfdaşıdır


İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, Azərbaycan xüsusilə qaz və neft tədarükü baxımından ölkə üçün energetika sahəsində strateji tərəfdaşdır.

"Report" xəbər verir ki, bu barədə o, Azərbaycana uçmazdan əvvəl İrəvanda jurnalistlərə deyib.

Meloninin sözlərinə görə, energetika mövzusu Avropa Şurası səviyyəsindəki müzakirələrdə, eləcə də ikitərəfli təmaslarda, o cümlədən Böyük Britaniya ilə olan əlaqələrdə əsas məsələlərdən biri olaraq qalır.

O vurğulayıb ki, energetika ilə yanaşı, Avropanın suverenliyi və strateji muxtariyyətinin elementi olan kritik əhəmiyyətli xammal məsələləri də mühüm əhəmiyyət kəsb edir. Meloni həmçinin qeyd edib ki, İtaliya bu istiqamətlərin inkişafına öz töhfəsini verməyə çalışır.

"Elə indi mən həm qaz, həm də neft tədarükü baxımından bizim üçün daha bir strateji tərəfdaş olan Azərbaycana gedirəm", - o bildirib.

Qeyd edək ki, C. Meloni artıq Azərbaycandadır və onun Prezident İlham Əliyev ilə təkbətək görüşü keçirilib.

Oxşar xəbərlər

Corcia Meloni mayın 5-də Azərbaycana gələcək
İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib
Ərdoğan İtaliyada Meloni ilə görüşüb
İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana səfərə gəlib
Meloni Avropanın təhlükəsizliyini gücləndirməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər